Problem

"RAHAT" Supermarketlər Şəbəkəsindən alış veriş edərkən online cüzdan və kartdan istifadə etməyin" - MÜRACİƏT

post-img

"RAHAT" Supermarketlər Şəbəkəsindən alış veriş edərkən online cüzdan və kartdan istifadə etməyin, pulunuz Las-Vegasa gedəcək...
Beləki, ən məsuliyyətsiz və təhlükəsizlik baxımından sıfırın altında olan "Kapital Bank" növbəti dəfə məni təəccübləndirdi, yenə də pis mənada. Deməli, QHT hesabı 2006-cı ildən Kapital bankdadı. Bu banka aid bütün kartlarımı zatən ləğv etmişəm, tək əmək haqqı kartı qalıb. Kart fiziki olaraq sitifadə olunmur, banka etibarım yoxdu deyə kartı götürüləndən evdə gizlədilib 🤣, yalnıx iphone də elektron cüzdanda (wallet) mövcuddur. 
Son 3-4 gündə tək "RAHAT" Supermarketlər Şəbəkəsindən alış veriş edilib. Dünən axşam marketdə ödəniş olunub. Bu gün isə hesabdan 85 manat "VERV" şirkətinə köçürülüb. Bu şirkət Las-Gegasda yerləşir. Yəqin Adnan Əhmədzadənin əli aşağı düşüb, marketləri vasitəsi ilə pulları çəkib Las Vegasa ötürür. Kartla online ödəniş olunmur, kart fiziki istifadə olunmur, kart məlumatları ilə heç bir əməliyyat olmayıb, yalnız "Rahat"da alış-veriş, vəssalam. 
Deyək ki, "RAHAT" Supermarketlər Şəbəkəsi bu maxinasiya sistemini qurub, gün ərzində təsəvvür edin, minlərlə insanda 100 manatda tutub Las-Vegasa ötürür, burası aydındı. Axı Kapital Bank  necə rahat şəkildə boşluq yaradır ki, okeanın o tayından karta girib istədikləri məbləği çəkirlər? Mən burda bura birinə 5 manat göndərəndə sms-lər gəlir, security kod gəlir, mən təsdiq edirəm, bank kommisiya tutur. Ancaq Las-Vegasda oturub ruhum incimədən pulu çəkirlər. 40 dollar pul çəkiblər, bank da utanmadan maşşennikin 49 dollarına görə məndən 12 manat da kommisiya çıxıb. Bu artıq mütəşəkkil kiber maxinasiyadı. Təbii ki, bu kartı da bağlatdırdım. 
Təhlükəsizliyi ən üst səviyyəyə qaldırmışıq, kartı gizlədirik, bir tək wallet qalmışdı, o da belə getdi... Bank da deyir o pulu geri qaytarmaq mümkün deyil, sorğu yaratmışıq, nəticəsini deyəcəyik... 

Sabuhi Mubarizoglu Abbasov

Oxşar xəbərlər