Paytaxt.org bildirir ki, Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərə görə, Nərimanov rayonunda yerləşən "Aristokrat" Tibb Mərkəzində tibbi təhsili olmayan stomatoloqlar işləyirlər.
Daha sonra "Aristokrat" Tibb Mərkəzinin mətbuat katibi Aqil Qarayev məsələ ilə bağlı açıqlama verib.
"Araz Məmmədzadə mərkəzdə ortopedik stomatoloq kimi çalışır və bu sahə üzrə müvafiq təhsil, eləcə də ixtisas sənədlərinə malikdir. Sadiq Şükürov isə burada diş texniki kimi fəaliyyət göstərir və pasiyentlərə tibbi müdaxilə etmir".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən sözügedən həkimlərlə bağlı faktlar ciddi araşdırılacaq və ictimaiyyətə bu barədə məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: