Problem

Ali təhsilsiz Gəncə Su Kanalı İdarəsi rəisi Şöhrəddin Verdiyevlə bağlı ŞOK İDDİALAR: Xaricdəki təxribatçılara maliyyə dəstəyi, milyon manatlıq büddcə talanı

post-img

"Gəncə şəhər “Su-Kanal” idarəsinin rəisi Şöhrəddin Verdiyev gəncəliləri qrunt suları və kanalizasiya problemi ilə üz-üzə qoyub..."

Paytaxt.org-a  daxil olan bir neçə şəhər sakininin şikayətində belə deyilir.

Bildirilib ki, ölkənin ikinci böyük şəhəri illərdir tullantı sularından əziyyət çəkir. Gəncə Şəhərinin Kanalizasiya  sistemlərinin təzələnməsinə 49 milyon 500 min dollar pul ayrılsa bu vəsait illərdir yoxa çıxıb. Yəni 2022 ci ildə başlanılan iş 2025 ci ildə yekunlaşmalı olan Gəncə şəhərinin kanalizasiya sistemlərinin təzələnməsinə görə, ayrılan vəsait ortada yoxdur. Ayrılan vəsaitin ört – bastır etmək məqsədi ilə şəhərin bəzi mərkəzi küçələrində köhnə kanalizasiya sistemi dəyişdirilsə də mərkəzi küçələrin və digər ərazilərdən keçən xətlərdə əzilmiş, dağılmış köhnə borular hələ də qalmaqdadır.

 Son aylar yağan güclü yağışlar nəticəsində əksər küçələrdə ötürücülüyü zəif olan köhnə kanalizasiya borularında daşqinları baş verir  şəhəri qrunt suları və üfunət basır. İdarənin rəisi Şöhrəddin Verdiyevin yarıtmaz idarəçiliyi yerli sakinləri boğaza yığıb. 
Ayrılan vəsaiti öz maraqlarına quruban edən Gəncə Su Kanalı İdarəsinin rəisi Şöhrəddin Verdiyev  bağlı, həm şifahi həm də yazılı şəkildə müvafiq qurumlara müraciət etdiklərini bildirən sakinlər hələ də süründürməçiliyə salınıb.

Böyük problem qarşısında əziyyət çəkdiklərini bildirən şikayətçilər, hazırda sadəcə kanalizasiya sistemlərində davam edən, hələ bitməmiş işlərin vəsaiti milyon manatlarla ölçüldüyünü deyir.   Bəs onda Gəncə şəhərinə ayrılan 49 milyon 500 min dollar itən vəsaitə cavabdeh olan Şöhrəddin Verdiyev kimi şəxslər nədən hələ də cəzalandırılmır Baş prokurorluqda, Gəncə Su Kanalı İdarəsi rəisinin koorrupsaner fəaliyyəti hələdə araşdırılmır!?

Gəncə Su Kanalı İdarəsi rəisi Şöhrəddin Verdiyevin yarıtmaz idarəçiliyi və müəmmalı fəaliyyəti bununla bitmir. Şikayətçilərin iddialarına görə illərdir dövlət büdcəsini talıyan Verdiyevin ali təhsili yoxdu, o hələdə müəyyən yollarla əldə etdiyi saxta kağız parçası ilə fəaliyyətdədir. Şöhrəddin Verdiyevi vəzifəyə gətirən və onu hələdə qoruyan Gəncə ŞİH-dəki "kirişa"sı onun ali təhsili olmadığını hər kəsdən yaxşı bildiyinə görə, mühüm maraqları ucbatından bu rüşvətə meyilli rəisə sahib çıxmasıdır. Hələ bu azmış kimi "cənab Verdiyev xaricdə Azərbaycanın imcinə xələl yetirən, yüksək vəzifəlilərin təhqirinə yol açan, alçaldıcı müzakirələr aparan xain - təxribatçılarla bir şəxsin vasitəsi ilə əlaqədə olduğu və hətta maliyyə dəstəyi verməsi, okanın o tayında da fəaliyyətinin olduğu bilinməkdədir"- iddia edən şikayətçi DTX-nin bunu araşdırmasının mühüm olduğunu söyləyib. Bildirək ki, bu iddia ilə bağlı əməkdaşlarımz araşdırmalara başlayıb. Növbəti yazıda oxuculara daha da ətraflı məlumat verməyə çalışacağıq! 

Məlumat üçün bildirək ki, Gəncə Su Kanalı İdarəsi rəisi Şöhrəddin Verdiyevlə bağlı iddiaları cavablandırması üçün onunla telefon əlaqəsi yaratdıq, amma o bizim suallarımızı dinləyə-dinləyə təhqiramiz ifadələrlə telefona odboy verdi. Qarşı tərəfində mövqeyin dərc etməyə hazırq.

Ofeliya Şəmkirli

Paytaxt.org


Mövzu diqqətimizdədir 

Oxşar xəbərlər