Problem

Ucarda qanunlar AYAQ ALTINDA... - NARAZILIQ VAR...

post-img

Ucar rayonu Küçəkənd kənd sakini Fərzəliyev Mirbala Eynulla oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Mənim şikayətim Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovdandır.
Mən 2-ci dərəcəli əlil olmaqla Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında məsləhətçi vəzifəsində işləyirəm.Şirvan Təcrübə Stansiyasının “Əli Kommersiya” Şirkətinə borcu olması barədə məhkəmə qətnaməsi var.Borcuda yaradan stansiyanın keçmiş müdiri Arzu Hacıyev olmuşdur. Hazırda onun barəsində olan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov Şirvan Təcrübə Stansiyasının 75 ton taxılı olan anbarı bağlayıb üzərinə həbs qoyub.Hansı ki, həmin 75 ton taxıl yeni biçilib tam qurudulmadığı üçün ağzı bağlı anbarda tələf olur.
Azərbaycan Respublikasının heç bir qanunuda yoxdur ki, tez xarab olan məhsulun üzərinə həbs qoyub ağzı bağlı anbarda saxlanılsın.Bu qanunsuzluğu isə Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov açıq-aşkar edib.
Ziya Məmmədov həmçinin mənim özümün xeyrimə çıxarılmış digər məhkəmə qətnaməsini icra edilməsi üçün məndən 100 manat rüşvət alıb.Bunu təsdiq edən konkret subutlarım var.İcra məmuru Ziya Məmmədov işinin öhdəsindən gələ bilmir və korrupsiya əməlləri ilə məşğul olur.

Sizdən xahiş edirəm şikayətimi yerində obyektiv araşdırıb 75 ton yeni biçilib qurudulmayan taxılın üzərinə həbs qoyub ağzı bağlı anbarda saxlayan Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovun barəsinə qanunu tədbirlər görəsiniz".

Oxşar xəbərlər