Sosial

Ziya Məmmədovun “qoçu”su AYNA-da at oynadır

post-img

İllər əvvəl Nəqliyyat Nazirliyinin tabeliyindəki idarədə çalışarkən çoxsaylı hadisələrdə adı hallanan Elnur Mahmudov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində vəzifəyə təyin edilib.

Məlumata görə, xeyli vaxt Sumqayıtda dispetçer və sair kimi vəzifələrdə çalışan E.Məmmədov birdən-birə AYNA-da məsul vəzifəyə təyin edilib. Onun Bakı Regional İdarəsi üzrə sərnişindaşıma xidmətində rəhbər vəzifəyə təyin edildiyi bildirilir.

Qeyd edilib ki, Elnur Məmmədov vəzifəyə başlayan ilk gündən Bakıda fəaliyyət göstərən daşıyıcı şirkətlərə süni problemlər yaratmağa, sərnişindaşıma fəaliyyətini qəsdən pozmağa başlayıb.

Belə ki, E.Məmmədov müxtəlif bəhanələlə son günlərdə 50-yə yaxın avtobusu cərimə meydançalarına saldırıb. Xüsusilə iyun ayının ilk günlərində Neftçilər-Qara-Qarayev metroları istiqamətində hərəkət edən çoxsaylı avtobuslar EMahmudovun göstərişi ilə xətlərdən yığışdırılaraq aparılıb. Lakin sənədləri qaydasınd aolan avtobusların hansı səbəbdən aparılması qaranlıq qalıb. Nəticədə Bakıda marşrut xətlərində avtobus azlığı yaranıb və isti havada günün altənda avtobus gözləyən sakinlərin şikayətləri daha da artıb.

Daşıyıcı şirkətlərdən bəzilərinin Elnur Mahmudovun qəsdən avtobuslarda videolar çəkdirməsi, sürücüləri sıxma-boğmaya salaraq həmin şirkətləri “haqq-hesab”a cəlb etmək istəməsini də iddia edir. Bu barədə dövlət rəhbərliyinə müraciət edildiyi, Elnur Mahmudovun hərəkətlərindən şikayət edildiyi qeyd edilib. (Faktor.az)

Mövzu ilə bağlı AYNA-nın və E.Mahmudovun mövqeyini işıqlandırmağa hazırıq.

Oxşar xəbərlər