Sosial

"Dedi ki, Prezidentdən yuxarısı yoxdur, ona yaz..." - GİLEY

post-img

Abşeron sakini Cabbarov İntizam Əmiraslan oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi qanunsuz olaraq işdən çıxarıldığı "AAAF İnşaat" MMC-də baş verən özbaşınalıqlar haqda yazır:

“Mən, Cabbarov İntizam Əmiraslan oğlu, yazaraq sizləri məlum edirəm ki, ali təhsilliyəm, YAP-nın üzvü və 3 övlad atasıyam.

Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167-də yerləşən "AAAF İnşaat" MMC-də 2018-ci ilin noyabr ayından 2024-cü ilin yanvarınadək komendant işləmişəm! İşlədiyim MMC-də 6 komendant çalışırdıq.

2023-ci ilin oktyabrından bu günə kimi MMC-də baş verən cinayət tərkibli qanun pozuntuları ilə bağlı 5 dəfə cənab Prezidentimizə, 2 dəfə Birinci vitse-prezidentə, 2 dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, 3 dəfə Dövlət Vergi Xidmətinə, 2 dəfə DTX-ya və digər aidiyyəti dövlət qurumlarına şikayət və müraciətlər etmişəm! Müraciətlərimdən 3 ay sonra - 30 dekabr 2023-cü il tarixdə (Yeni il günü) MMC-nin rəhbəri Camal Rəcəbov tərəfindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir! Camal Rəcəbov bildirdi ki, sizin əməlləriniz MMC-yə xəyanətdir, istədiyin yerə şikayət edə bilərsiniz.

İşlədiyim 5 il müddətində MMC-də baş verən cinayət tərkibli qanun pozuntuları faktlarını sizin də nəzərinizə çatdırıram:

- Dövlət büdcəsindən 10 mliyonlarla manat yayınma faktları;

- Alqı-satqısı zamanı hər mənzildən 2 min manat “rüsum” adı altında ümumilikdə 10 mliyon manatdan çox pulun toplanılması;

- 5 il ərzində yüzlərlə işçinin nağd cədvəl əsasında əmək haqqlarının ələ verilməsi, məzuniyyətsiz işlədilməsi faktları;

- Kommunal xidmətlər adı ilə ay ərzində 60-70 min manat pulların yığılaraq, mliyonlarla manatın təyinatı üzrə xərclənmədən mənimsənilməsi faktları;

- İllərdir liftsiz təhvil verilmiş binalarda yaşayan insanların zülm çəkməsi. Binalar da elektrik şitlərinin ölüm mənbəyi olması, dəfələrlə binaların yarasız elektrik şitlərinə ğorə alışıb yanması və sairə kimi faktların mövcudluğu.

MMC-yə 2 ildir rəhbər təyin edilmiş Camal Rəcəbov əvvəllər Dövlət Vergi Xidmətində çalışmış və naməlum səbəblərdən xaric edilmişdir. O, keçmiş millət vəkili Hadı Rəcəblinin qardaşı oğludur! Əlaqələri böyük olduğundan şikayət və müraciətlərə baxan yoxdur! Mənə xəbər göndərir ki, ölkədə Prezidentdən yuxarısı yoxdur, yazanda ona yaz!

7 aydır Camal Rəcəbova görə işsiz qalmışam! Bu müddət ərzində məni 2 dəfə Vergi Xidməti - operativ şöbədən Fərid Osmanov, Pərviz Dadaşov, qəbul şöbəsinin rəhbəri Fuad Rüstəmov qəbul edib. 9 yanvar 2024-cü il tarixində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qəbulda oldum. Bir dəfə Dövlət Əmək Müfəttişliyində qəbulda olmuşam! Çox təəssüf edirəm ki, bu qurumlar hələ də susurlar!

Camal Rəcəbov mənə xəbər göndərir ki, 28 mliyon manat verği borcundan 24 mliyon manatı İqtisadi İnkişaf nazirinin şəxsi razılığı ilə silinib, cəmi 3-4 mliyon manat qalıb! MMC-nin 40 mliyon manat “paketi”, yəni ödəmə imkanı var, o halda dövlətə olan borc nə üçün silinməlidir?!

Mənim şikayətim həm də Dövlət Vergi Xidmətindəndir ki, bu qədər cinayət tərkibli faktları onlara təqdim etmişəm, susurlar! Bilmək istərdim ki, MMC-nin arxasında hansı çinovnik dayanıb?!

İşdən qanunsuz olaraq çıxarılsam da, 5 illik məzuniyyət pulumu, sığorta pulumu bu günə kimi almamışam! Hətta əmək kitabçamı vermədilər ki, məhkəməyə müraciət edim.

Əmək Müfəttişliyinə müraciət etdim, bildirirlər ki, cənab Prezidentin sərancamı var ki, 2025-ci ilə kimi özəl təşkilatlarda araşdırma aparmaq qadağandır. Onlar ancaq şirkətə sorğu göndəriblər və cavab almayıblar. Bu qədər haqsızlıq olmaz! Mənim müraciətlərimi aidiyyəti qurumlar ötür-ötürə salıblar.

unları Sizə yazmaqda məqsədim odur ki, bəlkə Prezidentimiz, Birinci vitse-prezidentimiz sizin sayt vasitənizlə mənim səsimi eşidə".

Oxşar xəbərlər