Sosial

Sima Babayeva: İzləyiciləri cəlb edib baxış sayı qazanmaq üçün hər yola əl atırlar

post-img

Tiktokda Zamiq Jurnalist adında bir nəfər bildiyini də yazır, bilmədiyini də. Hərdən də elə adamlara söz atır ki, adamın səbri daşır. İzləyiciləri cəlb edib baxış sayı qazanmaq üçün hər yola əl atırlar.

“Qəhrəman”ımızın indiki hədəfi Binəqədi Tibb Mərkəzinin direktoru Müşfiq Mirzəyevdir. Onun barəsində tiktokda ağlına gələni yazıb. Adam abrına qısılıb cavab verməyəndə “ağ” eləmək olmaz. Deyir, Müşfiq Mirzəyevin həkimləri 6 saylı Ə.D.Məlikov adına Birləşmiş Şəhər Xəstəxanasının morqundan meyitləri 200 manata satır. Əvvəla, sübut et ki bu belədir. Boğazdan yuxarı danışmaqla deyil. Soyad yerinə “Jurnalist” sözünü yapışdırmısan.

Heç olmasa kiçik bir jurnalist araşdırması aparıb sonra yazardın. Onda bilərdin ki morqlar xəstəxanalara deyil Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Mərkəzinə tabedir. Xəstaxanalar isə birbaşa TƏBİBə aiddirlər. Bax belə, Zamiq Jurnalist. İndi səni bu iftiraya görə hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər? Camaata çox ağıl verirsən. Bu suala da cavab ver. Şər atdığın insan haqqında heç olmasa bir az məlumat al. Müşfiq həkim ləyaqətlə xidmət edib yüksələn həkimlərimizdəndir.

Dəmiryolu Xəstəxanasının baş həkimi və başqa rəhbər vəzifələr tutub. Tanınmış nəslin nümayəndəsidir. Atası mərhum Həsən Mirzəyev Milli Məclisin deputatı olmuşdu. Görkəmli alimimiz filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor idi.

“Şöhrət” ordeninə layiq görülmüşdü. Millətinin böyük təəssübkeşlərindən idi. Onu tanıyanlar deyir ki, köməyə ehtiyacı olanları heç vaxt darda qoymazdı, el-obasından işsiz, evsiz olanlardan xəbər tutanda bacardığı qədər problemi həll edərdi. Həm cəmiyyət içində, həm də parlamentdə hər kəsin hörmət etdiyi el ağsaqqalı idi. Bu məlumat verirəm ki, oxuyub bacarsanız bir az xəcalət çəkin.

Sima Babayeva.

Oxşar xəbərlər