Dünya

"Dairə qapanır": USQ Kursk vilayətində daha bir körpünü məhv etdi - VİDEO

post-img

"Bu körpü xeyli zədələnib, buradan hətta minik avtomobilləri güclə keçib gedə biləcək..."
 
3 minədək rusiyalı hərbçi mühasirəyə düşə bilər...
 
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Karıj kəndi yaxınlığındakı körpüyə zərbələr endirib, nəticədə körpü dağıdılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.
 
Nəşrin analitikləri güman edib ki, USQ körpünü dağıtmaq üçün Amerikanın HIMARS reaktiv qurğusu və ya M270 qurğusunu tətbiq edib.
 
Körpü xeyli dərəcədə zədələnib, buradan minik avtomobilləri güclə hərəkət edə biləcək.
 
Karıj kəndi Seym çayı sahilində, Rusiya-Ukrayna  sərhəddindən 7 km və rayon mərkəzi olan şəhər tipli Qluşkovo qəsəbəsindən
şimal-qərbə doğru 12 km məsafədə yerləşir.
 
Kursk vilayətində əməliyyat
 
Bir ay öncə USQ Rusiyanın Kursk vilayəti ərazisinə daxil olub. Hal-hazırda ukraynalı hərbçilər 1000 km-dən artıq əraziyə, onlarla kənd və Suca rayon mərkəzinə nəzarət edir.
 
Hazırda ukraynalı hərbçilər Qluşkovo şəhəri yaxınıığında rayonun təcrid edilməsi üzrə əməliyyat keçirir.
 
Orada USQ Seym çayı üzərindəki körpüləri və körpü keçidlərini məhv edir, bununla da qərbdə və şimalda bu su maneəsi ilə cənubda Ukrayna sərəddi və şərqdə hücum edən Ukrayna bölmələri arasında sıxılıb qalan Rusiya qruplaşmasının təchizatını çətinləşdirir. 
 
Hərbi ekspert Pavel Narojnı deyib ki, belə vəziyyətdə cinah tamamilə bağlanır. Bu isə o deməkdir ki, Kursk vilayətində olan Ukrayna qruplaşması orada uzun müddət qamağı planlaşdırır.
 
"Bild" nəşrinin məlumatına görə, həmin ərazidə 3 minədək rusiyalı hərbçi mühasirəyə düşə bilər.
 

Oxşar xəbərlər