Əyalət

Binəqədi bələdiyyəsində vətəndaşın həm 16 sot torpagını, həm də 58 min pulunu mənimsədilər - ŞİKAYƏT

post-img

Binəqədi rayon sakini Mən Soltanov Anar Fikrət oğlu Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinə şikayət məktubu ilə müraciət edib. Paytaxt.org-a da təqdim edilmiş şikayət məktubunu oxuculara təqdim edirik:

"Mən Soltanov Anar Fikrət oğlu, 1982-ci il təvəllüdlü, Bakı şəhəri Binəqədi rayonuda yaşayıram. Mənim şikayətim Binəqədi qəsəbə bələdiyyəsindəndir. Bələdiyyə mənim mərhum atamın adına olan 1600 kv torpaq sahəsini saxta sənəd çıxararaq əlimdən alır. Məndən saxta sənədə görə 58000 azn pul alınıb.

Belə ki, atamın adına olan sənədi bələdiyyənin hüquqşünası Natiq Kazımov yoxlanılması üçün aldı və dedi ki, atan rəhmətə getdiyinə görə bu sənədlə heç bir hüquqi nəticə əldə edə bilməzsən. Sənə yalnız köməklik edib yeni sənəd düzəldəcəyik, deyərək, mənim hissə-hissə olmaqla 58000 azn pulumu mənimsəmiş və yerinə 1000 kv bir, 600 kv bir başqa sənədlər tərtib edib, yola saldılar. Sonunda hüquqşunas Natiq Kazımov sənədlərin arxivə qoyulması üçün yenidən məndən 10000 azn pul tələb etdi və həmin pulun bələdiyyənin sədri Mətanət xanıma çatacağını söyldi. Bu zaman ərzində, sənədlərin düzəlmə prosesində Mətanət xanımın qəbulunda bir neçə dəfə olmuşam. Natiq Kazımovun səs yazıları və sənədlərin Esmira adlı bələdiyyə üzvünün Nihadla birlikdə komputerə işlədikləri sübutdur. Sonra məndən istənilən 10000 azni verə bilmədiyim üçün Natiq Kazımov və bələdiyyənin üzvləri mənim yerimə İlyasova Dilarə adlı vətəndaşa saxta sənəd düzəldərək haqqımda Binəqədi rayonu polis idarəsinə şikayət etdilər. 2 dəfə Polis İdarəsində oldum. Təhqiqatın rəisi adını bilmədiyim polkovnik və mayor Elvin Bəşirov mənə hədə-qorxu gələrək torpağımdan əl çəkməyimi istəyirlər.

Mən aydiyyatı qurumlara şikayət edəcəm, dedikdə, "get əlindən gələni et" dedilər. Bunların hamısının başında duran Bələdiyyə sədr Mətanət xanımdır. Dəfələrlə Mətanət xanım Dövlət orqanları tərəfindən məsuliyyətə cəlb olunsa da hələ də bələdiyyədə öz saxta əməllərini davam etdirir. Sonda mənim tələbim atamın adına olan 1600 kv torpaq sahəsinin sənədinin qanuni bərpa olunması və mənə dəymiş 58000 azn pulun geri qaytarılsın. Onu da bildirim ki, Natiq Kazımovun qardaşı Tahir Kazımov Ali Məhkəmədə hakim işləyir. Tahir Kazımovun oğlu da Korrupsiyada işləyir. Natiq Kazımov vəzifəli qohumları ilə mənə hədə-qorxu gəlir.

İmza: Soltanov Anar Fikrət oglu.
Tarix 05.07.2024


 Şəxsiyyət vəsiqəsi: AZE 17249643

Əlaqə: 051 316 52 51




Paytaxt.org

Oxşar xəbərlər