Sosial

Doğum 11,7 faiz azalıb

post-img

2024-cü il iyunun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 197 min 146 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-may aylarında 41608 doğum, 25519 ölüm, 17448 nikah, 8795 boşanma qeydə alınıb.

Məlumata görə, 2023-cü ilin ilk beş ayına nəzərən doğum 11,7 faiz, ölüm 3,2 faiz, nikahlar 10,9 faiz, boşanmalar 4,5 faiz azalıb.
Hər 1000 nəfərə doğum 9,8, ölüm 6, nikah 4,1, boşanma 2,1 göstərilir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum, 6,2 ölüm, 10,4 nikah, 1,5 boşanma düşüb.


BİA.az

Oxşar xəbərlər