Bakı Mühəndislik Universiteti "Elmi tədqiqat laboratoriyaları üçün avadanlıqların satınalınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
Paytaxt.org 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi "Ultra Technologies" MMC olub.
Tərəflər arasında 176.818,28 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Müsabiqə əsasında ali təhsil ocağı Ağıllı lövhə, kompüter, Komputer Monoblok, Notebook, Keramik Soba, Dulusçu dəzgahı alınmalıdır.
Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan "Ultra Technologies"şirkətinin qanuni təmsilçisi Məhəmməd Zülfüqarlı Zülfüqar oğludur.
Xatırladaq ki, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyevdir.