Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə və Mehdi Hüseynzadə küçələrinin kəsişməsindəki tikintisi davam edən obyekt 23 ağac və 32 kolun oradan çıxarılması ilə ekologiyamıza ziyan vurur.
Bu il prezident İlham Əliyev Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan etsə də, bəzi iş adamları öz maddi maraqlarına görə qoyulan qanunlara riayət etmir, ölkə başçımızın qətiyyətlə tapşırıq verdiyi mövzulara laqeyd yanaşırlar.
Ümummilli lider Heydər Əliyev dəfələrlə öz çıxışlarında kəsilən ağacların onun mənəvi olaraq “qol qanadının kəsilməsi” demək olduğunu vurğulayıb. Lakin, görünən odur ki, bəzi işbazlar nə Ulu Öndərin, nə də ki, cənab prezidentin qanunlarına tabe olmurlar.
Qeyd olunan obyekt birinci vitse prezident Mehriban xanım Əliyevanın açılışında şəxsən iştirak etdiyi “Misir Parkı” ilə üzbəüz yerləşir.
“SəhərMedia” olaraq sözügedən tikilinin əvvəl və indiki görüntülərini təqdim edirik.