Baltikyanı ölkələr Polşa ilə birgə əhalinin təxliyəsi zamanı hərəkətlərin əlaqələndirilməsi haqqında birgə memorandum hazırlamağa başlayıblar.
Ajans.az xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sənədin iyunda imzalanması planlaşdırılır. Bildirilir ki, Litva, Latviya və Estoniya Polşa ilə birlikdə hərəkətlərini bir-biri ilə əlaqələndirəcək və əhalinin təşkili üçün məsul şəxsləri təyin edəcək”.
“Memorandumun əsas məqsədi həm ölkə daxilində, həm də transsərhəd evakuasiya zamanı əhalinin təxliyəsində regional əməkdaşlığı gücləndirməkdir”, - Litva Daxili İşlər Nazirliyi bildirir.
Bundan əvvəl Litvanın paytaxtı Vilnüsdə müharibə zamanı şəhərin boşaldılması planı təqdim edilmişdi.