Hindistanda saxta spirtli içkilərdən ölənlərin sayı artır. Ölənlərlə yanaşı, bir çox insan xəstəxanalarda müalicə alır.
Bizimyol.info xəbər verir ki, Hindistanın cənubundakı Tamil Nadu əyalətinin Kallakuruçi bölgəsində saxta spirtli içkilərin istehlakı səbəbindən ödənişlər artır.
Hökumət rəsmilərinin verdiyi açıqlamada ölənlərin sayının 34-dən 47-yə yüksəldiyi, 118 nəfərin isə xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilib.
Hindistanda çərşənbə günündən bəri saxta spirtli içki qəbul edən ən azı 150 nəfər başgicəllənmə, baş ağrısı, qusma, ürəkbulanma, qarın ağrısı və göz narahatlığı kimi simptomlarla xəstəxanaya yerləşdirilib. Tamil Nadu əyalətinin baş naziri M.K.Stalin həyatını itirənlərin ailələrinə 1 milyon rupi (12 min dollar), xəstəxanaya yerləşdirilənlərə isə 50 min rupi (598 dollar) təzminat veriləcəyini açıqlayıb. Ştat hökumətinin verdiyi açıqlamaya görə, hadisə ilə bağlı indiyədək 4 nəfər saxlanılıb.
Hindistanda hər il onlarla insan piştaxtanın altında istehsal olunan qeyri-qanuni spirtdən zəhərlənərək ölür.