Dünya

İsrail Xarici İşlər Nazirliyi Ermənistan səfirini çağırıb

post-img

İrəvanın Fələstinin müstəqilliyini tanımasından sonra Ermənistanın İsraildəki səfiri Yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə danışıqlara çağırılıb.


Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın Fələstin dövlətini tanıması ilə əlaqədar İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini şiddətli töhmət vermək üçün çağırıb”, - bəyanatda deyilir.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Yerevan beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək, Fələstin dövlətini tanıyır.

Mayın 10-da BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin dünya təşkilatının tamhüquqlu üzvlüyünə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsini qəbul edib. Qətnamə layihəsini BMT-nin 143 ölkəsi dəstəkləyib.

Oxşar xəbərlər