Dünya

Avropada böyük müharibəyə hazırlıq: 100 min hərbçiyə çağrış məktubu göndərilib

post-img

Böyük Britaniya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri müharibə ehtimalına qarşı xidmətə çağırışa hazırlayır.

Paytaxt.org xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Soyuq müharibə dövründən bəri ilk dəfə olaraq təxminən 100 min ehtiyat hərbçiyə hazırlıq prosesində və hərbi təlimlərdə könüllü iştirak təklifi ilə məktublar göndərilib.

Söhbət, xüsusilə yazda keçiriləcək NATO-nun “Steadfast Defender” təlimlərindən gedir.

Məktublarda həmçinin əlaqə məlumatlarının yenilənməsi, eləcə də hazırkı iş yeri və peşə bacarıqları barədə məlumat təqdim edilməsi xahiş olunur.

Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, bu addım ölkənin müdafiə qabiliyyətinin və çəkindirmə potensialının möhkəmləndirilməsinə yönəlib, bu da münaqişə riskini azaltmalıdır.

Söhbət ordunu yaxın vaxtlarda tərk etmiş, lakin müstəsna hallarda xidmətə qayıtmaq öhdəliyini saxlayan keçmiş hərbçilərdən gedir. Bununla belə, ehtiyat hərbçilərin qəfil səfərbərliyindən söhbət getmir.

“The Telegraph”ın məlumatına görə, London Şimali Atlantika Müqaviləsinin NATO ölkələrinin öz müdafiə imkanlarının inkişaf etdirilməsini və silahlı hücum təhlükəsi zamanı qarşılıqlı yardımı nəzərdə tutan 3-cü maddəsinə daha çox diqqət yetirməyə başlayır.

Nəşr onu da qeyd edir ki, Britaniya ordusunun şəxsi heyətinin sayı Napoleon müharibələrindən bəri ən aşağı səviyyəyə, həqiqi hərbi xidmətdə olan təxminən 73 min hərbçiyə qədər enib. 

Musavat.com

Oxşar xəbərlər