Baş prokurorun müavini Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycanın Hərbi prokuroru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bəs Bəhruz Əhmədov kimdir?
Paytaxt.org xəbər verir ki, o, 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
2018-ci ildə Qazax rayonunun Hərbi prokuroru olub. 2020-ci ildə Ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
2021-ci ildə Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi Polkovnik Bəhruz Əhmədov "Vətən uğrunda" medalı ilə təltif edilib.