Gündəm

Vəzifəsindən azad edildi — FOTO

post-img

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) İcraçı direktoru vəzifəsindən azad edilib.

Paytaxt.org  xəbər verir ki, Müşahidə Şurasının 15 may 2025-ci il tarixli qərarı ilə Məmmədov Vüsal Ələkbər oğlu tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, o, bu vəzifəyə 2024-cü ilin 25 iyununda təyin olunmuşdu.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. 


Xatırladaq ki, bu il mayın 1-də Naxçıvan MR-də səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalanıb.

Oxşar xəbərlər