Sumqayıt şəhər Bələdiyyə sədri Adil Xudadatovun əmlakları barədə sosial şəbəkədə məlumat paylaşılıb. Həmin məlumatda idda edilir ki, Xudadatovun fəaliyyəti onun zəngin bir adama çevrib. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir. Onların bəzilərini təqdim edirik:
1. Bakı şəhəri, 28 May küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;
2. AAFF Yaşayış Kompleksində mənzillər;
3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;
4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina;
5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);
6. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);
7. 43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;
8. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);
9. Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə); Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi. // Az Fakt. Com
Halbuki bu barədə jurnalistlərdən biri yazanda heç Adil bəy bələdiyyə sədri deyildi. Amma olacağı barədə də məlumatlar sosial mediada yayılmışdı. Bir müddət ara sakitləşsin deyə başqası sədr seçildi, lakin az sonra onun yerini yenə də Adil Xudadatov gətirildi.
Belə görünür ki, cəmi 9 495 hektarlıq Sumqayıt şəhərində dövlətin qanunu özəl idarəçiliklə idarə olunur. Və, sonda da bəzi vəzifəli şəxslər bundan istifadə edib var dövlət yığmağı həyata keçirməyə nail ola bilirlər.