ANALİZ / BANNER

Xankəndidə erməni qadınlarının "seks diplomatiyası": Axçilər rus sülhməramlıdan neçə uşaq doğub

post-img

  • Keçən həftə, daha da konkretləşdirsək, noyabrın 19-da Qarabağdakı quldurlar daha bir abırsızlıq aksiyasını nümayiş etdirdilər. Xankəndidəki terrorçu rejimin təşəbbüsü və "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın himayəsi “rus mərkəzi”nin açılışını keçirdilər.

Əslində, bu proses bir neçə aydır başlayıb, üzü Ağdərədən! Xankəndidə vaxtaşırı Rusiya bayrağının qaldırılması, Rusiyaya yalmanma tədbirlərinin davamlı xarakter almasının, ardınca “rus mərkəz”lərinə qoyulan yatırımın məqsədi bəllidir. Qarabağdakı separatçılar anlayırlar ki, rusun ətəyindən bərk yapışmasalar, onların xəyalları qısa müddətdə alt-üst olacaq. Heç şübhəsiz ki, bu, erməni separatçıların öz ağlı da deyil, “diri oynamaq” sifarişi Kremldən gəlib.

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti açıq mətnlə bəyan etdi ki, biz Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi barədə orada yaşayan ermənilərlə danışmağa hazırıq, “amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox”. Çünki o Moskvadan çox aydın gündəliklə göndərilib Azərbaycan ərazilərinə. Artıq “cidanı çuvalda gizlətmək mümkün deyil”. Vardanyanın öz pullarını başqa adlar altında tez-tələsik “rus mərkəzləri”nə xərcləməsi də onun rol aldığı məkrli planın tərkib hissəsidir. Diqqət edin, vaxtaşırı ermənilər rus sülhməramlıların 2025-ci ildən sonra da bölgədə qalmasının zəruriliyindən bəhs edirlər, hətta Paşinyan başı girməyən yerə bədənini dürtməyə çalışır, rus hərbçilərin daha 10-20 il qalmasını nəzərdə tutan sənədə qol çəkməyə hazır olduğunu iddia edir. Kimsə başa salmır ki, Nikol, sən get Gümrüdəki 5 min rusun dərdini çək, Qarabağ Azərbaycandır və nida!!!

2021-02-01-13-44-39aYWZ1Ke3mwRKPiQth3xL_file.jpg (49 KB)

Nikol Paşinyan da çətin vəziyyətə düşən kimi, Rusiya rəhbərliyinin xoşuna gəlməyə çalışır, artistlik edir. Amma dünənədək İrəvandakı Rusiya səfirliyinə yumurta atırdılar, rus ordusunun çıxarılmasını istəyirdilər. İndi nə oldu “rus sevgisi” baş qaldırdı?

Baş terrorçu, Azərbaycanın hüquq-mühafizə orqanlarının axtarışa verdiyi, barəsində cinayət işi qaldırdığı Araik Arutyunyanın “rus icması”nın yaradılması tədbirində iştirak etməsi faktı da bu quldurun rus kölgəsində gizlənmək cəhdidir. Ancaq o da sifarişlə fəaliyyət göstərir, deyirlər, get, orda öl, ölür, qal, qalır! Araik neçə dəfə Moskvaya gedib-gəldi son illərdə? Bir müddət öncə gecə ilə uçmuşdu. Məhz bu kimi planların hazırlanmasında iştirak üçün.

f6378c91450106_6378c91450146.thumb (1).jpg (79 KB)

Ruslar Ermənistandan qaçıb, ya da qovulublar, indi bunlar Qarabağda süni yolla “ruslar”ın sayını artırırlar. Qarabağda 15-20 min erməni girovluqdadır, canlarını qurtarmaq üçün yollar arayırlar, Azərbaycan vətəndaşlığını qəbul etməyə də qorxurlar, gecə ilə aradan götürülərlər deyə. Belə bir vəziyyətdə hansı rus köçüb orda yaşamaq istəyər? Nə qədər tələbat varmış “rus icması”na? Heç Ermənistanın özündə belə bu qədər “rus icması” mərkəzləri yoxdur, amma Qarabağda bir ucdan ofis açırlar. Söz vaxtına çəkər, düz bir il əvvəl, 2021-ci ilin 22 noyabrında rusiyalı jurnalist Valeriya Olyunina rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif etmişdi. Jurnalist belə olacağı təqdirdə rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün “səbəb” olacağını qeyd etmişdi. Demişdi ki, əgər rus sülhməramlıları əri müharibədə ölmüş erməni qadınlarla ailə qursalar, Qarabağ üçün Rusiya uğrunda mübarizə aparırmış kimi savaşa biləcəklər. Dediklərini xatırlayaq: “Mənə aydındır ki, indi “artsax”da ərləri öldürülmüş çoxlu gənc qadın var. Hesab edirəm ki, rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu, həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil”.

interpress_6e620c070ad485a1fe7f92adf5f0e23b_wi6lf71gxpyevz0m9oqr.jpeg (173 KB)

Bax, belə...İndi statistika bəlli deyil, 1960 rus hərbçidən neçəsi Valeriyanın çağırışına əməl edib. Amma cəmi iki ilə xeyli sayda icma yaratmağa kifayət edəcək rus uşaqlarmı doğdu erməni axçilər? Hər halda çox maraqlıdır... Bir ucdan rus dilində dərsliklər daşıyırlar Xankəndiyə, sanki bura Rusiyanın hansısa bölgəsiymiş. Heç Ermənistanda rus dilində məktəblər yoxdur, hətta Lavrov özü yay aylarında etiraf etmişdi ki, bu ölkədə rus məktəblərin sayının artırılması onların əsas məqsədidir.

8-марта.png (722 KB)

Bu yerdə zəruri xatırlatma: Prezident İlham Əliyev bu ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində, bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə demişdi ki, Ermənistanda cəmi bir və ya iki rus məktəbi var, onlar da hərbçilər üçündür. Azərbaycanda 140 mindən çox uşaq və tələbələrimiz rus bölmələrində təhsil alır. Prezident: “Arayış üçün deyim ki, Ermənistanda erməni millətinin uşaqlarının qeyri-erməni məktəblərində təhsil alması, ya qanunvericiliklə, ya da hansısa təlimatlarla ümumiyyətlə qadağan edilib”. Üstəlik, “Azərbaycanda dövlət ali təhsil müəssisəsi var – Slavyan Universiteti, orada, ilk növbədə, rus dili öyrənilir, rus dili və digər slavyan dilləri üzrə müəllimlər hazırlanır”.

maxresdefault.jpg (108 KB)

Dövlət səviyyəsində rus dilinə, rusca təhsil almaq istəyənlərə münasibətimiz bəllidir. Üstəlik, deputat Mixael Zabelinin rəhbərlik etdiyi Azərbaycan Rus İcması mövcuddur. Əgər Qarabağ Azərbaycandırsa, bunu bütün beynəlxalq qanunlar, təşkilatlar təsdiqləyirsə, üstəlik, Putin səviyyəsində etiraf olunubsa, indi Qarabağın rus sülhməramlılarının MÜVƏQQƏTİ məskunlaşdığı bölgədəki “rus icması” oyunbazlığı nədir? Biz bu suallara Ruben Vardanyan kimi “moşennik”lərdən cavab istəmirik heç şübhəsiz.

Qarabağdakı rus hərbi kontingentinə rəhbərlik edən general-mayor Andrey Volkov cavab verməlidir:

“Çiçəklənən Ermənistan” təmsilçisi kimdən icazə alıb, Qarabağa gəlib, üstəlik orada “rus aşiqi” roluna girib? Həmçinin Rusiya Müdafiə Nazirliyi öz missiyasını layiqli şəkildə yerinə yetirməyən hərbi kontingentlə bağlı tədbir görməlidir. Eyni zamanda Rusiya rəhbərliyi bu oyunbazlıqlara münasibət bildirməlidir. Anlamalıdırlar ki, bu iş çox pis yerə aparır, Azərbaycan dövlətinin səbri sonsuz deyil...Artıq dövlətimizin mövqeyi bəllidir: 2025-ci ildə Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar regionu tərk edəcək.

Maraqlıdır, rus hərbçilər gedəndə ermənilərdən olan uşaqlarını da özləri ilə aparacaqlarmı?..

Elşad PAŞASOY

Oxşar xəbərlər