Region

Kremlin dəstəyi ilə "artsax" bayraqlı “Ümumerməni cəbhəsi” partiyası da meydana çıxır... - Ermənistan KİV

post-img

Aprelin 5-də İrəvanda Ümumerməni Cəbhəsi Partiyasının təsis qurultayı keçiriləcək. Partiya lideri, keçmiş müdafiə naziri Arşak Karapetyan Ermənistanın üzləşdiyi daxili və xarici siyasət problemləri ilə bağlı mühüm açıqlama verəcək.

Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bu haqda “Respublika meydanı” adlı erməni telegram-kanalı yazır..

" Arşak Karapetyanın ciddi hərbi-siyasi “fonu” var. Türkiyə-Azərbaycan tandemi Ermənistanın suverenliyini və erməni xalqının varlığını təhdid etməkdə davam etdiyi üçün Ermənistanın hərbi işləri anlayan siyasi xadimlərə ehtiyacı var. Karapetyan çoxsaylı çıxışlarında Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılmasının, modernləşdirilməsinin və yeni silahların alınmasının vacibliyini vurğulayıb. Karapetyanın müsahibəsini təhlil edərək belə qənaətə gəlmək olar ki, bu siyasətçi Ermənistan-Rusiya və Ermənistan-İran münasibətlərinin inkişafını yüksək qiymətləndirir. Rusiya və İranla strateji əlaqələrin dərinləşdirilməsi Karapetyan üçün xarici siyasətin istiqamətlərindən biri kimi vacibdir. Çox güman ki, onun partiyası da proqramlarına bu güc mərkəzləri ilə əlaqələrin gücləndirilməsinin vacibliyi ilə bağlı müddəa daxil edəcək.

Karapetyan Paşinyan və komandasının həm daxili, həm də xarici siyasətini kəskin tənqid edir. “Ümumerməni Cəbhəsi” Ermənistandakı seçki proseslərində fəal iştirak edəcək və bu partiya özünü yeni müxalifət və 3-cü qüvvə kimi göstərəcək. Karapetyan öz partiyasının tanınmasını artırmaq üçün ətrafına ciddi siyasi komanda toplamalıdır, çünki ömrü boyu hakimiyyətdə olan Arşak Karapetyan geniş ictimaiyyət və seçicilər tərəfindən tanınmayıb.

Bu gün Ermənistan Respublikasının vətəndaşları siyasətdə nə Paşinyanla, nə də əvvəlki hakimiyyətlə bağlı olmayacaq yeni simalar, yeni qüvvələr görmək istəyirlər. Seçicilərin eşitmək istədiyi ən mühüm məsələ təhlükəsizlik məsələləri, ordunun gücləndirilməsi, Azərbaycanla qarşıdurma ilə bağlı konkret qərarlardır. Bundan əlavə, seçicilər üçün ikinci vacib mövzu sosial-iqtisadi problemlərin həllidir”.

Zəruri şərh:

Xatırladaq ki, Ermənistan Respublikasının keçmiş müdafiə naziri, general Arşak Karapetyan Rusiyanın Ermənistandakı agenturasının, "5-ci kalon"unun ən fəal fiqurlarından sayılır... Baş nazir N.Paşinyan onu vəzifəsindən məhz Moskva ilə sıx bağlılığına görə uzaqlaşdırıb. 2023-cü il oktyabrın əvvəlində fəal siyasətə gəldiyini bəyan edən A.Karapetyan həmin ilin dekabrın 14-də Moskvadan canlı yayımla “Ümumerməni cəbhəsi”nin yaradıldığını elan edib. Dekabrın 20-də isə yenə də Rusiya paytaxtında onun sədrliyi ilə, özü də qondarma separatçı-terrorçu “artsax” “bayrağı” altında “tanınmış politoloqlar, ekspertlər və siyasətçilərin iştirakı ilə” “ Ümuerməni cəbhəsi” hərəkatının forumu keçirilib...
Kreml Paşinyanı devirib Ermənistanda hakimiyyətə beləsini gətirsə, yenidən həmin Rusiyanın dəstəyi ilə Qarabağla bağlı iddialar, geniş savaş başlamayacaq ki?..

Oxşar xəbərlər