Region

İrəvanı qarışdıran ruhani baş nazirliyə namizəd oldu: Paşinyanı görüşə çağırdı

post-img

Erməni Apostol Kilsəsinin Tavuş vilayətindən olan yepiskopu, “Vətən üçün Tavuş” hərəkatının başçısı, ruhani lider Baqrat Qalstanyan Ermənistanın Baş naziri postuna namizədliyini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bunu İrəvanın “Respublika” meydanında çıxışı zamanı erməni şərqşünas Qurgen Melikyan açıqlayıb.

Q.Melikyan bütün partiyalar, univeristetlər, ictimai qurumlar, mədəniyyət və iqtisadiyyat dairələrində aparılan müzakirələrə əsasən B.Qalstanyanın namizədliyinin dəstəkləndiyini bildirib.


Erməni yepiskop isə İrıvanda keçirilən aksiya zamanı bütün ruhani dostları ilə məsləhətləşdiyini və ölkə  ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu deyib.

B.Qalstanyan Nikol Paşinyanı təkbətək görüşə çağırıb. Mitin iştirakçıları ilə birlikdə hökumət üçün nəzərdə tutulan iqamətgahya gedəcəyini açıqlayıb.

Oxşar xəbərlər