Sosial

Dövlət qulluqçusu: staj, yaş, maaş

post-img

Rəsmi hesabata görə, 2024-cü il yanvarın 1-nə Azərbaycanda 27,1 min nəfər dövlət qulluqçusu qeydə alınıb, onların 4,6 faizinin 1 ilədək, 25,4 faizinin 5 ilədək, 22,5 faizinin 10 ilədək, 19,3 faizinin 15 ilədək, 28,2 faizinin 15 il və daha çox qulluq stajı olub.

Dövlət qulluqçularının 2,5 faizi 25 yaşadək, 13,7 faizi 25-29 yaşda, 17,8 faizi 30-34 yaşda, 15,9 faizi 35-39 yaşda, 12,5 faizi 40-44 yaşda, 9,4 faizi 45-49 yaşda, 7,7 faizi 50-54 yaşda, 9,1 faizi 55-59 yaşda, 9,7 faizi 60-64 yaşda, 1,7 faizi 65 və yuxarı yaşda göstərilir.

Qeyd olunur ki, 2023-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1933,3 manata çatıb.

Oxşar xəbərlər