Son olay

Son Dəqiqə: Məhşur müğənninin ölüm xəbəri yayıldı - FOTO

post-img

4 ildir xərçənglə mübarizə aparan Şimaldan acı xəbər gəlib. 39 yaşlı müğənninin dünyasını dəyişdiyi bildirilib.

Paytaxt.org xəbər verir ki, Şimalın sosial şəbəkə hesabından edilən paylaşımda belə yazılıb:

"Şimal Gülen haqqın rəhmətinə qovuşmuşdur. Məzarı Kuşadasına aparılacaq. Halallıq üçün yer barədə məlumat veriləcək."

Şimal 2021-ci ildə süd vəzi xərçəngi diaqnozu alaraq müalicəyə başlamış, uzun mübarizədən sonra xəstəliyə qalib gəldiyini açıqlamışdı.

Qeyd edək ki, 2024-cü ildə müntəzəm yoxlama üçün xəstəxanaya gedən Şimalin beynində şiş aşkarlanıb. 4 may tarixində halı pisləşən Şimal xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:


Oxşar xəbərlər