IDMAN / BANNER

"Barselona"dan bu ulduz futbolçu üçün "Qalatasaray"a 20 milyonluq təklif

post-img

"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirmək üçün hərəkətə keçib.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın futbolçusu Memfis Depayı transfer etmək üçün qarşı tərəflə danışıqlara başlayıb. Bu barədə "Fotomaç" məlumat yayıb. 

Mənbəyə görə, "sarı-qırmızılar"ın rəsmisi Erden Timurun niderlandlı oyunçu üçün təklif verdiyi və qarşı tərəfdən cavab gözlədiyi bildirilir.

 Kataloniya təmsilçisinin yollarını ayırmağa hazırlaşdığı 28 yaşlı oyunçu cari mövsüm 12 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Memfis Depayın klubla müqaviləsi mövsümün sonunda başa çatır. Onun transfer dəyəri 20 milyon avro ilə qiymətləndirilir.

Oxşar xəbərlər