Dünya

Üçüncü Dünya müharibəsi həyəcanı artır: Nüvə silahları döyüşə hazırdır

post-img

“Dünyada hal-hazırda müharibələr hökm sürür. Rusiya-Ukrayna və İsrail-HƏMAS müharibəsi davam edir. Rusiya-Ukrayna müharibəsində Avropa dövlətlərinin ən çox qorxduğu ssenari Rusiyanın qalib olacağı halda, digər Avropa dövlətlərinə hücum etməsidir. Təbii ki, hal-hazırda bu proses getmir”.

Bu sözləriGlobalinfo.az-a politoloq Rüstəm Tağızadə Üçüncü Dünya müharibəsi ehtimalları və son günlər bu istiqamətdə səslənən fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, bəzi dövlətlərin prezidentləri Üçüncü Dünya müharibəsi ilə əlaqədar xəbərdarlıq edir:

“Çünki dünyanın bir çox yerlərində münaqişələrin böyüməsi müşahidə olunur. Ukraynadakı müharibədən Qəzzadakı müharibəyə, Cənubi Çin dənizi, Tayvan boğazı və Koreya yarımadasındakı gərginliyə qədər regional münaqişələr bütün böyük gücləri bu və başqa formada cəlb edib. Rusiyanın Ukraynaya təcavüzü və İsrailin Qəzzada dəhşətli müharibəsi istisna olmaqla, digər regional qaynar nöqtələr hələ də hərtərəfli münaqişələr kimi alovlanmayıb; davam etsələr, iki ən böyük super güc Çin və ABŞ müharibə vəziyyətində ola bilər.

Fikrimcə, 21-ci əsr dəhlizlər uğrunda mübarizə dövrüdür. Böyük dövlətlərin əsas istəyi bu dəhlizləri daha çox nəzarətdə saxlamaqdan ibarətdir. Böyük dövlətlərin əlində nüvə silahının olması ən aktual məsələlərdən biridir. Nüvədən kimin istifadə etməsini isə proqnozlaşdırmaq çətindir. Həll olunmayan məsələlər, dünyada iqtisadi bazarlar uğrunda mübarizə daha da mürəkkəb xarakter alıb. Böyük dövlətlər proksi qüvvələrdən istifadə edərək lokal şəkildə müharibələr aparır. Proksi qüvvələrin arxasında böyük dövlətlər dayanır”.

“Üçüncü Dünya müharibəsi ola bilərmi? Düşünürəm ki, hal-hazırda sülhə çağırışların olmaması və müharibələrin davam etməsi bu riski artırır. Ancaq bu müharibənin olmaması əslində heç bir dövlətə xeyir gətirməyəcək. İqtisadiyyatın zəifləməsi və humanitar fəlakətlərin olmasını müşahidə edəcəyik. Ona görə də geniş şəkildə münaqişələrin olmaması üçün bütün dövlətlər öz səylərini ortaya qoymalıdır. Müharibələr isə davam edəcək. Avropada sağçı milliyyətçi partiyaların hakimiyyətə gəlməsi onu göstərir ki, aqressiv siyasəti davam etdirmək niyyətindədilər.
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar sülh prosesi hal-hazırda yoxdur. Yaxın Şərqdə olan münaqişələr daha da böyüyür. Dövlətlər özünü qoruma mexanizminə keçmişdir. Hərbi sahəyə ayrılan maliyyənin çox olması bunu sübut edir”, – politoloq bildirib.

Oxşar xəbərlər