Dünya

Rusiya Polşa sərhədini raket atəşinə tutdu – NATO ölkəsində sirenlər çalındı, qırıcılar havaya qaldırıldı

post-img

Rusiya ordusunun noyabrın 20-də Ukraynaya genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücumu qonşu Polşada ciddi təşviş yaradıb. Ukrayna ilə sərhədə yaxın Lublin şəhərində hava hücumu sirenləri işə düşüb, əhaliyə təhlükəsiz yerlərə sığınmaq barədə təcili xəbərdarlıq göndərilib.

Musavat.com xəbər verir ki, Polşada yaşayan oxucularımızdan biri Lublin şəhərində səslənən həyəcan siqnalları ilə bağlı yeni çəkilmiş videonu redaksiyamıza göndərib.

Polşa mediasının məlumatına görə, noyabrın 20-də yerli vaxtla saat 06:32 radələrində Lublində və ətraf bölgələrdə hava hücumu sirenləri işə salınıb.

Polşanın Hökumət Təhlükəsizlik Mərkəzi (RCB) əhaliyə təcili SMS göndərərək hava hücumu təhlükəsi barədə xəbərdarlıq edib. Vətəndaşlardan təhlükəsiz yerlərə çəkilmək, rəsmi qurumların göstərişlərinə əməl etmək tələb olunub.

Rusiya raketləri Polşa sərhədinə yaxınlaşıb

Ukrayna mənbələrinin məlumatına görə, Rusiya noyabrın 20-nə keçən gecə ölkənin müxtəlif bölgələrinə kütləvi hava hücumları həyata keçirib. Xüsusilə Polşa sərhədinə yaxın Lvov və Volın vilayətlərində hava həyəcanı elan olunub.

Polşa mediası bildirir ki, Kiyevdə də partlayışlar baş verib. İlkin məlumatlara əsasən, paytaxtda azı 3 nəfər həlak olub, 15 nəfər yaralanıb. Xarkovda xəstəxana yaxınlığında raket partlayışları nəticəsində 4 nəfərin yaralandığı, Lvovda isə yaşayış binalarının yaxınlığında dron partlayışının qeydə alındığı bildirilir. Radio dla

Polşa hərbi aviasiyanı havaya qaldırıb

Rusiya hücumlarının Polşa sərhədinə yaxınlaşması ilə əlaqədar ölkənin hava hücumundan müdafiə sistemi yüksək hazırlıq vəziyyətinə gətirilib. Hərbi təyyarələr havaya qaldırılıb, Rjeşuv hava limanında mülki uçuş əməliyyatları müvəqqəti dayandırılıb.

Ukrayna monitorinq kanallarında Rusiya raketlərindən birinin Polşa hava məkanına keçmiş ola biləcəyi barədə məlumatlar yayılsa da, Polşa hərbçiləri bu iddianı hələ rəsmi təsdiqləməyiblər.

Hadisə NATO üzvü olan Polşanın təhlükəsizliyi ilə bağlı narahatlığı yenidən artırıb. Rusiya hücumlarının Ukraynanın qərb bölgələrinə qədər genişlənməsi müharibənin qonşu ölkələr üçün də ciddi risk yaratdığını göstərir.

Oxşar xəbərlər