Xəbər

"Zaur press" kimi tanınan şantajçı Günel Kərimovanı məhkəmə həbs etdi

post-img

Cəmiyyətdə özünü Zaur kimi təqdim edən Günel Kərimova bu saatlarda Nərimanov məhkəməsinin qərarı ilə 3 ay həbs edilib.

Paytaxt.org-u məlumatlandıran zərərcəkmişlırdən birinin verdiyi məlumata görə çox sayda vətəndaşa qarşı dələduzluqda təqsirli bilinən və bir neçə gün öncə Nərimanov polis əməkdaşları tərəfindən saxlanılan Günel Kərimova ilə bağlı Nərimanov rayon məhkəməsi 3 aylıq həbs qəti imkan tədbiri seçib. 

Günel Kərimova neçə vaxt idi ki, özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək, 20-yə yaxın vətəndaşın külli-miqdarda pulunu ələ keçirib və sonradan onları şantaj etməklə məşğul olub. 

Ətraflı məlumat verməyə çalışacağıq

Oxşar xəbərlər