Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.
Xatırladaq ki, Mirzə Rəşid oğlu Mirzəyev 29 avqust 1965-ci ildə Bakı şəhərində anadan olub.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsinə daxil olub.
1984-1986-ci illərdə hərbi xidmət keçib.

1989-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə ixtisası üzrə bitirib.
1989-1990-cı illərdə Əli-Bayramlı şəhər Maliyyə şöbəsində ştat üzrə müfəttiş;
1990-1992-ci illərdə Bakı şəhər Maliyyə İdarəsinin Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması şöbəsində iqtisadçı;
1992-1996-cı illərdə Bakı şəhər Maliyyə İdarəsinin Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması şöbəsində baş mütəxəssis;
1996-1998-ci illərdə Bakı şəhər Maliyyə İdarəsinin Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması şöbəsinin rəisi;
1998-2003-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon Maliyyə idarəsinin rəisi;
2003-2008-ci illərdə Bakı şəhəri Xətai rayon Maliyyə idarəsinin rəisi;
2008-2009-cu illərdə Suraxanı rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini;
2009-2015-ci illərdə Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyinin 5 saylı Xəzinadarlıq İdarəsinin rəisi;
2015-2019-cu illərdə Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyinin 11 saylı Xəzinadarlıq İdarəsinin rəisi;
2019-2020-ci illərdə BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri;
2020-2026-cı illərdə BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifələrində çalışıb.
2020-ci ildən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Menecment kafedrasının dosentidir.
2007-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Ailəlidir, iki övladı var.
Həmidə İbrahimova