Siyasət

Prezident mühüm Fərman İmzaladı

post-img

“Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Paytaxt.org xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:


1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416 (Cild I); 2024, № 5 (I kitab), maddələr 521, 529, № 12 (II kitab), maddə 1369; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 aprel tarixli 642 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.26-1-ci yarımbənd əlavə edilsin:

“3.1.26-1. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”dən irəli gələn vəzifələri həyata keçirir;”.

Oxşar xəbərlər