Siyasət

İrəvandan mühüm plan: Azərbaycan və Türkiyə ilə sərhədlər...

post-img

Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid etdiyini açıqlayıb.

Paytaxt/org Musavat.com-a istinadla xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vaahan Kostanyan Brüsseldə xarici jurnalistlərlə görüşdə ölkəsinin qonşu dövlətlərlə sərhədlərin açılmasını gözlədiyini bildirib.

Onun sözlərinə görə, bu prosesin reallaşması Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yarada bilər.

Kostanyan qeyd edib ki, regional əlaqələrin bərpası və kommunikasiyaların açılması bütün bölgə üçün yeni iqtisadi imkanlar yaradacaq.

Oxşar xəbərlər