RƏSMİ XƏBƏRLƏR / BANNER

VİDEO: Xocalıda ermənilər darmadağın edildi- Bu ərazilər də İŞĞALDAN AZAD EDİLDİ/RƏSMİ

post-img

Azərbaycan Ordusunun keçirdiyi geniş antiterror əməliyyatları zamanı bir sıra uğurlar əldə edilib.

Paytaxt.org xəbər  verir  ki, Azərbaycan ordusu xüsusi əhəmiyyət kəsb edən Sarıbaba və Qırxqız yüksəkliyi eləcə də Xocalı aeroportu ətrafın bütün əraziləri Azərbaycan Ordusunun nəzarətinə keçib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.

 

 

Oxşar xəbərlər