Problem

Süpürgəçinin maaşına göz dikən məmur kimdir? — Bakıda etiraz (VİDEO)

post-img

Bakının  Xətai rayonunda çalışan bir qrup dalandar (süpürgəçi)  etirazını bildirib.

Bel ki,Xətai rayonu ərazisində  təmizlik  işlərində çalışan  bir  qrup  süpürgəçi  qadın  bildirib ki,onların maaşları bu aydan kəsilib.Şikayətçilər  bunun  hansı  səbəbdən baş verdiyini  bilmədiklərini  deyirlər.

Etirazını  bildirən  qadınlar  onu  da  bildiriblər  ki, rayon ərazisində  demək  olar ki,bütün  işlər  onlara  gördürülür.

"Bizim  maaşlar  750 manatdır.Dedilər ki,bu aydan  500 manat alacağıq.Bunun səbəbi nədir?Bu qədər haqsızlıq olar?Süpürgəçinin puluna  göz  dikən  məmur  kimdir?JEK-in bütün işini biz görürük.Kişi  işlərinə  də  gedirik.Buna baxmayaraq pulumuzu kəsirlər",-deyə  etiraz  edən  qadınlar  bildirib.

Daha  ətraflı  videonu   təqdim  edirik:

Paytaxt.org bildirir ki, Oxu24.com  məsələ  ilə  bağlı  Xətai  Rayon  İcra  Hakimiyyətinə  sorğu  ünvanlayıb.





Oxşar xəbərlər