Siyasət

Milli Məclis Prezidentə müraciət edir

post-img

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin qərar layihəsi hazırlanıb.

Globalinfo.az xəbər verir ki, qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyur.


Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb.

Komissiyanın sədri Adil Əliyev, komissyanın üzvləri Siyavuş Novruzov, Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai, Tahir Rzayev və Eldar Quliyevdir.

Oxşar xəbərlər