ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Florida ştatındakı Mar-a-Lago malikanəsində keçirdiyi mətbuat konfransında Suriya mövzusunda açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o, Türkiyənin bölgədə çox böyük bir güc olduğunu vurğulayaraq, Prezident Rəcəb Tayyib Ərdoğanı “çox ağıllı bir adam” kimi tərif edib.
20 yanvar 2025-ci ildə prezidentlik vəzifəsini təhvil alacaq Donald Tramp, Mar-a-Lago malikanəsində keçirilən mətbuat konfransında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı yüksək qiymətləndirmələr edib. CNN Türk-ün ABŞ təmsilçisi Yunus Paksoy, Trampın bu sözlərini yayımlayıb:
Tramp, Floridada sərmayə mövzusunda keçirdiyi toplantı bitdikdən sonra təsadüfi sualları cavablandırmağa başladı. Suriya mövzusuna toxunulanda isə bu açıqlamalar ortaya çıxdı.
Tramp belə deyib: