Dünya

TRAMP ABŞ-nin XARİCİ SİYASƏTİNİ NECƏ DƏYİŞƏCƏK? – “Bu, Avropa siyasətində “zəlzələ” effekti yarada bilər...”

post-img

“O, Ermənistanın səylərini dəstəkləməyə meylli deyil”

ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp artıq demək olar ki, öz komandasını müəyyənləşdirib. Onun ümumi siyasi kursun necə olacağı isə yalnız inauqurasiyadan sonra bəlli olacaq.

Trampın önündə illərlə üst-üstə yığılmış bir çox mürəkkəb problemlər dayanır. Ölkə iqtisadiyyatının “Make Amerika Great Again” şuarına uyğun səviyyəyə gətirilməsi asan məsələ deyil və hər şey təkcə gözəl şüarlarla həll edilmir.

Amerika iqtisadiyyatının izolyasiyaya salınması artıq mümkünsüzdür. İndi XX əsrin əvvələrinin şərtləri çərçivəsində işləmək olmaz. ABŞ beynəlxalq siyasi arenada yeniliklər etməklə yanaşı, öz milli maraqlarına uyğun siyasət aparmağa məhkumdur, əks təqdirdə dünya xoşagəlməz mənzərə ilə üzləşə bilər.

Paytaxt.org “AzPolitika”-ya istinadən xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Tramp 2.0 Amerikanın xarici siyasətini necə dəyişəcək” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Bəlkə də xarici siyasət seçki zamanı mərkəzi məsələ deyildi, lakin Donald Trampın Ağ evə qayıtması dünya siyasəti üçün böyük nəticələr gətirəcək. Trampın yanaşması müharibədən sonrakı konsensusdan (İkinci Dünya Müharibəsi) kəskin fərqlənir. Bu konsensusa görə hətta maliyyə və əsgər itkisiylə müşahidə olunmasına baxmayaraq, ABŞ öz gücündən istifadə etməklə demokratiyanın və təhlükəsizliyin təmin olunmasıyla qlobal sabitləşdirici rolunda çıxış edib.

Trampın proqnozlaşdırlmayan hərəkətləri və dayanıqlı normalardan imtinaya hazır olması dünyanın əsas qaynar regionlarında radikal yeniliklərə yol açaraq gördüyümüz qlobal nizam sistemini potensial şəkildə dəyişə bilər.

Ən dramatik dəyişiklər Ukraynada baş verə bilər. Bayden administrasiyası Ukraynanın suverinliyini dəstəkləyib, lakin ABŞ silahından istifadəyə məhdudiyyət qoyub ki, bu da Rusiyaya lazımi cavab zərbəsi vurmağa mane olur. Hərçənd ki, bu, Ukraynanı məyus edib, amma Tramp daha da pis ola bilər. O, Vladmir Putinə çoxdandır ki, rəğbətini nümayiş etdirir və Tramp birinci impiçmentinə səbəb olmuş qalmaqalda Zelenskinin mövqeyindən narazı qalıb.

Tramp Zelenskini Rusiya ilə danışıqlara sövq etmək üçün Ukraynaya edilən hərbi yardımları azalda bilər. Trampın keçmiş müşavirləri Rusiyanın versiyasını təkrar edərək, müharibəyə NATO-nun genişlənmə istəyinin səbəb olması fikrini formalaşdırıblar. Trampın digər keçmiş silahdaşları isə ona Ukraynanı daha etibarlı dəstəkləməyi təklif ediblər. Həmin təkilfə Rusiya ərazisinə Amerikan silahları ilə zərbə vurlumasına qoyulan məhdudiyyətllərin götürülməsi də daxildir.

Ukraynadan imtina edilməsi Avropa siyasətində “zəlzələ” effekti yarada bilər. Avropa Birliyi mürəkkəb seçim qarşısında dayanacaq. Avropa Birliyi ya ABŞ tərəfindən tərk edilmiş meydanda əmələ gələn boşluğu doldurmaq üçün müdaxilə etməli və Ukraynanın müdafiəsi üçün mexanizmləri möhkəmləndirməlidir, ya da ki, sakit dayanıb Rusiya işğalının nəzarətdən çıxmasına imkan verəcək qədər riskə getməlidir.



ABŞ-nin Ukraynanın müdafiəsindən imtina etməsini Putin öz ekspansiyasını davam etdirməsi üçün qarşısında yandırılan yaşıl işıq kimi qəbul edəcək. Həqiqətən də, o hər dəfə hesab edib ki, Qərbi sındırıb. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Ukraynada və 2015-ci ildə isə Suriyada iri miqyaslı müharibəyə başlayanda bu, məhz belə olmuşdu.

Tramp izolisyonist təsiri bağışlayır. Amma o, qələbə üçün imkanlar da görə bilər. Yaxın Şərqdəki vəziyyət dözülməzdir, çünki Qəzza daimi müharibə statusuna doğru sürüklənir, İran isə nüvə dövləti statusu əldə etməyə yaxşınlaşır.

ABŞ Qətər daxil olmaqla region rəhbərlərinin əksəriyyətinə təzyiq göstərməlidir, çünki onlardan heç biri HƏMAS-ı Qəzzada təslim olmağa məcbur etmək istəmir. Trampın avtoritar rejimlərə yanaşma tərzi və onun Səudiyyə Ərəbistanı lideri Mühəmməd bin Salmanla şəxsi münasibətləri bu məsələyə kömək göstərə bilər.



Əgər Tramp İrana regiondakı xaosu və nüvə proqramını dayandırmayacağı təqdirdə hərbi əməliyyatlarla üzləşə biləcəyini aydın şəkildə izah edə bilsə, bu, İsraildə və ərəb paytaxtlarında alqışlanar.

Əgər Tramp İsrailə Fələstin ərazisinin dərinliklərində yəhudiləri məskunlaşdırmağı dayandırmaq üçün təzyiq göstərsə və Qəzza üçün ağıllı bir planın reallaşmasına yardım etsə, bu, bütün dünyada müsbət qarşılanar.



Şərqi Asiyada Tayvan demokratiyanın mayakı kimi çıxış edir. Lakin Trampın Tayvana baxışı ideoloji olmayacaq. Əgər Tramp Tayvanı Çinə qarşı ticarət müharibəsində xırda pul kimi istifadə etmək qərarına gələrsə, onda regionda güclü gərginliklə qarşılaşacağıq. Çinlə başladılacaq iri miqyaslı tarif müharibəsi bu regionda ən ciddi faktor ola bilər.

Tramp öncəki prezidentliyi dövründə israr edirdi ki, NATO üzvləri müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirsinlər. Bu da onları bir qədər hərəkətə gətirmişdi. Nəticədə bəzi üzv dövlətlər öz hərbi büdcələrini artırmışdılar. Gözlənilir ki, Tramp NATO üzvlərindən daha çox xərc çəkmələrini istəyəcək. Təbii ki, bu, razılaşdırılmış səviyyədə olacaq.

İsveçin və Finlandiyanın NATO-ya daxil olması alyansı möhkəmləndirdi, amma Trampın NATO-ya ikili münasibəti alyansı daxildən parçalaya bilər.

Bir çox hallarda diqqətlərdən kənarda qalan Cənubi Qafqaz regionu da ciddi nəticələrlə qarşılaşa bilər. Məsələn, Tramp administarsiyası Rusiyanın asılılığından uzaqlaşan Ermənistanın demokratik səylərini dəstkləməyə az meyllidir və bu, Avropa dövlətlərini daha aktiv mövqedə dayanmağa məcbur edə bilər.

Bu, həmçinin NATO-da parçalanmaya, Avropa daxilində münasibətlərdəki gərginliyə, Cənbi Qafqazda Rusiyanın və Türkiyənin təsirinin güclənməsinə səbəb ola bilər.

Uzun müddət dayanıqlı demokratiya və Qərbə yaxınlıq nüamyiş etdirən Gürcüstan avtoritar və rusiyapərəst dövlət olmağa doğru sürüklənir. Qərb də öz növbəsində Gürcüstan üçün çox az şey edib. Bu yaxınlarda Gürcüstanda keçirilən seçkilər saxtalaşdırıldı və on minlərlə gürcü küçəyə etiraza çıxdı. Sözsüz ki, Gürcüstan hökuməti Trampın seçilməsini alqışladı. Onlar güman edirlər ki, vətəndaş cəmiyyətini sıxmağa və xalqın iradəsinin əksinə Rusiyaya tərəf dönmək üçün əllərində kart-blanş olacaq.

ABŞ xarici siyasətində çox şey Trampın bu sahə ilə bağlı təyinatlarından asılı olacaq. Onun impulslarını dayandıra biləcək siyasi xadimlərin vəzifələrə təyin edilməsi ilə eyni vaxtda yaltaqlar komandasının önə çəkilməsi ayrı-ayrı vəziyyətlər yaradacaq. Qisas hissinin, xırdaçılığın və nəzakətsizliyin önə çəkilmədiyi siyasət əksərriyyət üçün böyük sürpiriz olacaq”.

Oxşar xəbərlər