Problem

SOS! "Humana" uşaq qidasından həşərat çıxdı? - Nəzarətə götürüldü+Video

post-img

Uşaqlar üçün nəzərdə tutulmuş "Humana" qidasının içindən həşərat çıxdığı iddia olunur.

Paytaxt.org “Qafqazinfo”-a istinadla xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaş sözügedən qidanı “Kanon” aptekdən aldığını iddia edib. 

O bildirib ki, həşəratların evdə olduğunu düşünərək həmin qidadan yenisini alıb. Lakin yenə eyni mənzərə ilə üzləşib.

Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılacaq.

Həmin görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər