Fransa hökuməti ölkədə hökm sürən ciddi quraqlıq səbəbindən su istifadəsinə məhdudiyyətlər tətbiq edib.
O qeyd edib ki, ölkə “fövqəladə və son dərəcə narahatedici” quraqlıq dövrü yaşayır.
Nazirin sözlərinə görə, hazırda Fransanın 99 departamentində su istifadəsinə qismən və ya tam məhdudiyyətlər qoyulub. Tədbirlər materik Fransanın bütün ərazisini əhatə edir.
Barbut qeyd edib ki, bu departamentlərdən 43-ü “böhran” səviyyəsindədir. Həmin bölgələrdə yaşayan vətəndaşlara sudan yalnız zəruri ehtiyaclar üçün istifadə etməyə icazə verilir.
Nazir vurğulayıb ki, yaz aylarında yağıntılar mövsümi norma çərçivəsində olsa da, iqlim dəyişikliyi su dövranına ciddi təsir göstərərək, quraqlığı daha da dərinləşdirib.
Məlumata görə, ölkə üzrə su istifadəsinin məhdudlaşdırılması ilə bağlı ümumilikdə 206 inzibati qərar qəbul edilib.
“Qafqazinfo”