Problem

Kütləvi zəhərlənmə olan NARIN QALA restoranı Şəmkir RİH-nin müavininin imişB

post-img

Şəmkir rayonunda 11 nəfərin zəhərləndiyi və buna görə bağlanan "Narın Qala” restoranı rayonun uzun müddət icra başçısının müavini vəzifəsini daşıyan Fəxrəddin Vəli oğlu Vəliyevə məxsusdur.

Paytaxt.org xəbər verir ki, elə bir iddia ilə rayon sakinləri sosial şəbəkədə çıxış ediblər.

Bildirilib ki, "Narın Qala” Şəmkir SES-in düz yanında tikilib.

Qeyd edilir ki, F.Vəliyev bir müddət öncə başçının müavini və YAP-ın rayon təşkilatının sədri vəzifəsindən təqaüdə göndərilib.

Fəxrəddin Vəliyev 2 iyun 1955-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub, 1972-1974-cü illərdə Şəmkir rayonundakı R.Əliyev adına kolxozda kolxozçu işləyib. 1978-ci ildə Gəncə Dövlət Pedoqoji İnistutunun Tarix fakültəsini bitirib.

1986-1989-cu illərdə Ali Partiya Məktəbində təhsil alıb.

1995-2000-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Dövlət Aqrar Universiteti) Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində oxuyub.

1978-1985-ci illərdə Şəmkir rayonunun Kür qəsəbə və R.Əliyev adına tam orta məktəblərində müəllim, məktəb direktorunun müavini vəzifəsində işləyib. 1985-1990-cı illərdə Şəmkir rayonunun R.Əliyev adına sovxozunda partiya komitəsinin katibi, 1990-1991-ci illərdə sovxozun direktor müavini olub.

1993-cü ilin sentyabr ayından 1995-ci ilin iyul ayına kimi Şəmkir rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə baş məsləhətçi, 1995-ci ilin iyul ayından 2013-cü ilin dekabr ayının 27-nə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyib.

2013-cü ilin dekabr ayının 27-dən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

2000-ci ildən YAP rayon təşkilatının sədri olub.

6 iyul 2026-cı ildə başçının müavini və YAP rayon təşkilatının sədri vəzifəsindən azad edilib.///axar.az

Oxşar xəbərlər