Aksiya çərçivəsində bütün donorların ilkin sağlamlıq müayinəsi aparılıb, onların qan verməyə uyğunluğu müvafiq qaydada yoxlanılıb. Tibbi personal tərəfindən qanvermə prosesi təhlükəsiz və sanitariya-normalara uyğun şəkildə təşkil edilib.
Qeyd edək ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram ölkəmizdə minlərlə insanın sağlam gələcəyinə ümid verir və donorluğun təşviqi, xəstəliklərin qarşısının alınması sahəsində əhəmiyyətli rol oynayır.







