Redaksiyamıza daxil olan yüzdən çox şikayət məktubunda TƏBİB tərəfindən cavablandırılmayan suallar var. Respublika Təcili və Təxirısalınmaz Tibbi Yardım Mərkəzi Publik Hüquqi Şəxs. Mərzəki qarajın sürücüləri tərəfindəndən edilən müraciətlər də buna sübutdur.
Beləki, bir neçə gün əvvəl Birinci vitse prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB- in yeni icraçı direktoru Anar Bayramov tərəfindən TƏBİB sistemində çalışan işçilərin əmək haqqlarına olunan artımlar sürücülərin ümüdlərini daşa çırpıb. Onlar bildirir ki, əgər bu qərar Təbib sistemində çalışan işçilər nəzərdə tutulubsa,onda niyə sürücülərə bu artım şamil olunmayıb? Məgər sürücülər TƏBİB- in əməkdaşları deyil!?
Ola bilməz ki , xanım Mehriban Əliyeva bu cür təqdirəlayiq təşəbbüs göstərsin 72 min işçinin əmək haqqını qaldırılsın, amma min nəfərə yaxın sürücü yaddan çıxarrılsın. Axı, bunu bütün vəzifəli şəxlər bilir ki, onları mənzil başına, iş yerinə, xəstə üstünə sağ salamat təhlükəsiz şəkildə çatdıran elə həmin o yaddan çıxardığın və haqqını unutduğunuz sürücülərdir. Bir daha deyirik ki, hörmətli Anar Bayramov indi siz bizə cavab verin görək, sürücülər TƏBİB- in işçiləri sayılmır, yoxsa həqiqətən yaddan çıxıb?!
Respublika Təcili və Təxirısalınmaz Tibbi Yardım Mərkəzi Publik Hüquqi Şəxs. Mərzəki qarajın sürücülərinin maaş artımından kənarda necə qalması ilə bağlı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə ilə əlaqə saxladıq. Məlumat üçün Zara xanım bildirdi ki," bəli artım yalnız həkimlər, tibb bacıları, şöbə müdirləri və kiçik tibb heyəti üçün nəzərdə tutulub..."
Son ümüd yeri olan Xanım Mehriban Əliyevaya üz tutan Respublika Təcili və Təxirısalınmaz Tibbi Yardım Mərkəzi Publik Hüquqi Şəxs. Mərzəki qarajın sürücüləri məsələnin köklü şəkildə araşdırılmasını istəyirlər və onlarla da bağlı ədalətli qərarın veriləcəyinə ümid edirlər!
Mövzu diqqətimizdədir.
M. ƏZİZ