Gündəm

Gürcü polisinin qəddarlığı Türkiyəni ayağa qaldırdı – Ərdoğan da hərəkətə keçdi!

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Batumi şəhərində “Beşiktaş” azarkeşlərinə qarşı polis müdaxiləsindən sonra klubun prezidenti Serdal Adalı ilə telefon danışığı aparıb.

Paytaxt.org xəbər verir ki, bu barədə “Beşiktaş” klubunun rəsmi saytında məlumat yayılıb.

Ərdoğan hadisələri yaxından izlədiyini bildirib, xəsarət alan azarkeşlərə şəfa diləyib.

“Beşiktaş” rəhbərliyi Gürcüstan təhlükəsizlik qüvvələrinin türk azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq etməsini kəskin şəkildə pisləyib. Klub məsələ ilə bağlı UEFA və Türkiyənin Batumidəki Baş Konsulluğu qarşısında rəsmi təşəbbüslərə başlayıb.

Hadisələr İsrailin “Hapoel Beer-Şeva” klubu ilə qarşılaşma zamanı Fələstin bayrağının açılması fonunda baş verib. Polis müdaxiləsi nəticəsində xəsarət alan və saxlanılan azarkeşlərin olduğu bildirilib.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də hadisəyə sərt reaksiya verərək azarkeşlərə qarşı müdaxiləni türk millətinə qarşı hücum adlandırıb.

“Beşiktaş” rəhbərliyi bütün azarkeşlər Türkiyəyə sağ-salamat qayıdanadək prosesi nəzarətdə saxlayacağını açıqlayıb.Musavat.com

Oxşar xəbərlər