Sosial şəbəkələrdə “TVM İNŞAAT” şirkətinin vergi borcunun olması ilə bağlı müxtəlif iddialar yayılıb.
Həmin iddialarda, "Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının yeni korpuslarının tikintisi işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “TVM İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5.014.736,87 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.09.2026-cı ildə dərc edilib. Və, “Azərterminalkompleks” Birliyi ilə “TVM İNŞAAT” MMC arasında bağlanmış bu müqavilədə bir çox şübhəli məqamlar açıq-aydın görsənməkdədir" deyə iddia tirajlanıb.
Paytaxt.org xəbər verir ki, məsələ ilə bağlı əməkdaşlarımız şirkət rəsmiləri ilə əlaqə saxlayıb.
Şirkət nümayəndələri yayılan məlumatların həqiqəti əks etdirmədiyini və iddiaların tamamilə əsassız olduğunu bildiriblər. Onların sözlərinə görə, sosial şəbəkələrdə səsləndirilən fikirlər reallığa uyğun deyil. Media subyekti belə məlumatları dəqiqlşdirdikdən sonra yayımlaması daha da obyektivi artırar. Əfsusslar olsun ki, bəzi mediya subyektləri qarşı tərəfi dinləməyim, mühüm nüansalrı nəzərə almadan yazılar yayımlayırlar. Daha sonra şirkətdən," haqqımızda bu tipli yazılarla ictimaiyyətin yanlış məlumatlandırıldığına görə, yazılanları və deyilənləri rədd etdirik..." deyə bildirilib.
Onuda bildirək ki, əməkdaşlarımızın kiçik araşdırmaları nəticəsində məlum olub ki, “TVM İNŞAAT” MMC hazırda işğaldan azad olmuş ərazilərdə iri inşahat işləri həyata keçirir...
Ekologiya.az