"5 aprel tarixi yaxınlaşdıqca Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana təzyiqi artıb. Moskvada hesab edirlər ki, 5 aprel tarixində Brüsseldə Paşinyanla görüşəcək ABŞ və Avropa İttifaqı rəsmiləri Ermənistana təhlükəsizlik təminatı verəcəklər. Bu isə Rusiyanın Ermənistan sıxışdırılmasının rəsmi elanı olacaq".
Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq Sergey Kopirkin Ermənistanla bağlı çıxışını şərh edərək onun mühüm mesajlar verdiyinə diqqət çəkib:
"Bu arada, Kreml Ermənistandakı səfiri Sergey Kopirkin vasitəsilə Paşinyana xatırladıb ki, Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsini və sərhəddə müşahidə postları quraşdırılmasını onlardan məhz Ermənistanın baş naziri xahiş edib. Buna baxmayaraq, Kopırkin Paşinyana onu da xatırladıb ki, erməni tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək istəməyib. Yəni səfir Paşinyana demək istəyib ki, Ermənistan sərhəddini Azərbaycanın həmləsindən Rusiya qoruyub. Rusiya səfirinin başqa bir xəbərdarlığı ABŞ rəsmilərinin bəyanatları ilə bağlıdır: “ABŞ-ın Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxması çox pisdir, çox təhlükəlidir. Bu, həqiqətən də bizim münasibətlərimizə real xələl gətirə biləcək bir məsələdir”.
Politoloq sonda Paşinyanın 5 apreldə Brüsselə gedəcəyi ilə bağlı da fikirlər səsləndirib.
"Kreml Ermənistandakı səfirini yenə ona görə danışdırıb ki, Nikol Paşinyan 5 apreldə Brüsselə gedərkən Rusiyanın Ermənistan üçün etdiklərini və edə biləcəklərini unutmasın...",-deyə E.Şahinoğlu bildirib.