Siyasət

Prezident daha bir mühüm Fərman İmzaladı

post-img

Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq.

Paytaxt.org-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Müəyyən edilib ki, altsistem vasitəsilə aşağıdakılar təmin edilir:

- “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,

Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi;

- “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ictimai iştirakçılıq formalarının həyata keçirilməsi.

Altsistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsində iştirak edən dövlət orqanlarına (qurumlarına) tapşırılıb, Azərbaycan Respublikasının Milli Məclisinə və yerli özünüidarəetmə orqanlarına tövsiyə olunsun ki, həmin fəaliyyətin altsistem vasitəsilə həyata keçirilməsini təmin etmək, o cümlədən sahibi və (və ya) operatoru olduqları müvafiq informasiya sistemlərini və ehtiyatlarını təkmilləşdirmək üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə doqquz ay müddətində zəruri tədbirlər görsünlər.

Oxşar xəbərlər