Ekologiya

Masallıda 10 ədəddən çox iri diametrli tut və şam ağacları qeyri-qanuni kəsilib məhv ediir - FOTO

post-img

Masallı rayonu Kürdəbazlı kəndində yerləşən ətkəsimi məntəqəsinin yanında 10 ədəddən çox iri diametrli tut və şam ağacları qeyri-qanuni olaraq kəsilib və bəziləri isə növbəti kəsim üçün budanıb. 

Paytaxt org-a bu barədə məlumat daxil olub.

Məlumatda deyilib ki, "hazırda kəsilən ağacların yerində hansısa vəzifəli şəxs tərəfindən tikili inşa edilir. Tikinti aparılan ərazidə şam ağacları qeyri-qanuni olaraq kəsilib məhv edilir. Amma, hələdə 1 saylı RETSİ hadisəni görməzdən gəlir 

Baxmayaraq ki, cinayət işi açılmalı və ərazidəki iş dayandırlmalıdır, görünür yerli ekologiya idarəsi məsələni ört basdır etməyə çalışır" - deyə daxil olan məlumatda bildirilir.


Oxşar xəbərlər