Xəbər

Abşeron İcra Hakimiyyətindən 40 minlik tender - indi də dam örtükləri və pilləkən qəfəsləri işi

post-img

Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarının yenilənməsi məqsədilə satınalma müsabiqəsinə start verib.

Paytaxt.org 32gun.az-a istinadla bildirir ki, İcra hakimiyyəti çoxmərtəbəli binaların dam örtüklərinin və pilləkən qəfəslərinin təmiri işlərinə başlamazdan əvvəl layihə-smeta sənədlərinin hazırlanması üçün 40.000,00 AZN vəsait ayırıb.

Keçirilən satınalma çərçivəsində binaların qüsur aktları əsasında smeta sənədlərinin, tikintinin təşkili layihəsinin və ümumi izahat yazısının hazırlanması xidmətləri satın alınacaq. Yalnız bu kağız üzərindəki layihələndirmə və sənədləşmə işləri tam başa çatdıqdan sonra binalarda faktiki təmir dalğasının başlayacağı gözlənilir.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Ələsgər oğlu Fərzəliyevdir.

Oxşar xəbərlər