Xəbər

Qudalarına mühüm vəzifə verən Zaur Mikayılov 10 min manatlıq kağız doğrayan və printer ƏMƏLİYYATI

post-img

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ofis texnikasının yenilənməsi məqsədilə yeni tender müsabiqəsi elan edib.

Paytaxt.org 32gun.az-a istinadla bildirir ki, qurumun kağız doğrayan və printerlərin satın alınması üçün ayırdığı vəsaitin ümumi ehtimal olunan qiyməti 10.195,99 AZN təşkil edir. Sifariş paketinə rəngli lazer kəsimli, yüksək parametrli A3 və A4 formatlı çoxfunksiyalı printerlərlə yanaşı, məxfi sənədlərin məhv edilməsi üçün nəzərdə tutulan xüsusi kağız doğrayıcı avadanlıqlar da daxil edilib. Şəbəkəyə qoşulma imkanlarına malik bu müasir cihazların alınması üçün şirkətlər artıq təkliflərini verməyə başlayıblar.

Xatırladaq  ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov rəhbər vəzifəyə təyin olunduqdan sonra qudalarını ətrafına toplaması və onlara yüksək vəzifələr verməsi ilə media gündəminə gəlmişdi. İddialara görə, o, qudası Fuad Quliyevi qurumun Aparat rəhbəri, digər qudası Əsəd Şirinova isə özünə müşavir vəzifəsini həvalə etmişdir. Bu təyinatlar arasında xüsusilə "Coca-Cola" şirkəti ilə bağlı olan detal ictimaiyyətin diqqətini cəlb etmişdi. Sədrin müşaviri təyin edilən Əsəd Şirinov məhz bu dövlət postuna gətirilməzdən əvvəl uzun illər beynəlxalq "Coca-Cola" şirkətində Azərbaycan, Qazaxıstan və Qafqaz regionu üzrə yüksək idarəedici menecer vəzifələrində çalışmışdı. Boğaziçi Universitetindən yaxın dost olan bu şəxslərin dövlət agentliyində mühüm rəhbər vəzifələrə gətirilməsi yerli mətbuatda qohumbazlıq və kadr siyasəti baxımından geniş müzakirələrə yol açmışdı.

Oxşar xəbərlər