Problem

Yasamalda yaşayış binasının yaxınlığında tikinti: Sakinlər “təhlükə”dən narahatdır- VIDEO

post-img

Yasamal rayonunda, Mərdanov qardaşları küçəsində yaşayış binasının yaxınlığında aparılan tikinti işləri sakinlərin narahatlığına səbəb olub.

Paytaxt.org Ekologiya.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, binadan cəmi 3-4 metr məsafədə qazıntı və tikinti işləri aparılır. Ərazidə dərin qazıntıların həyata keçirilməsi isə yaşayış binasının dayanıqlığı ilə bağlı narahatlıq yaradıb.

Sakinlər bildirirlər ki, tikintinin hansı məqsədlə aparıldığı və layihənin hansı əraziyə aid olduğu barədə onlara ətraflı məlumat verilməyib.

“Burada qazıntı işləri aparılır. Bilmək olmur, bunker tikirlər, yoxsa nə tikirlər. Yaşayış binasının cəmi 3-4 metrliyində belə işlərin görülməsi bizi ciddi narahat edir. Sabah binanın təməlində hər hansı problem yaransa, bunun məsuliyyətini kim daşıyacaq”? – deyə sakinlər bildiriblər.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Buna baxmayaraq sorğumuz cavabsız qaldı.

Qeyd edək ki, aidiyyəti qurum tərəfindən məsələyə münasibət bildirildiyi təqdirdə, verilən cavabı dərc etməyə hazırıq.

Zümrüd Abidqızı


Oxşar xəbərlər