Deputatın qəfil olan bu çıxışı maraq doğurdu. Çünki reallıqda Azərbaycanda dərman qiymətlərinin süni şəkildə şişirdildiyi və onun nümunə gətirdiyi Türkiyə ilə müqayisədə qat-qat baha olduğu heç kəsə sirr deyil. Bunu elə parlamentin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov da Kəmaləddin Qafarovun çıxışına cavabında bildirib.
“Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur”, – komitə sədri deyib.
Kəmaləddin Qafarovun dilə gəlməsi və belə bir iddia irəli sürməsi maraqlı olduğu qədər də gülüş doğurur. Təkcə ona görə yox ki, deputatın iddiası doğru deyil, həm də bu iddianı irəli sürən Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas baiskarlarından biridir və belə bir şəxsin “Azərbaycanda dərmanlar ucuzdur” deməsi yumşaq desək gülüncdür, həm də məqsədin qanunverici orqanın tribunasından öz biznesini legitimləşdirmək məqsədi daşıdığı aydın görünür.
“AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da şirkətə daxildir. Şirkət kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarova Rəhim qızının adınadır.
“Kanon” MMC Qafarovun digər firmasıdır. Şirkətə “Kanon” apteklər şəbəkəsi daxildir.
– Bakı şəhəri, X.Məmmədov 32 A,
-Yasamal rayonu Şərifzadə küçəsi 100,
-Şamaxı şəhəri,
-Sabunçu rayonu, Bakıxanov ŞTQ E.Xəlilov 1,
-Sabunçu, S.Qocayev 142, bina 1,
-Nəsimi rayonu, A.Mirqasımov 2,
-Ağdam rayonu Quzanlı, H.Əliyev prospekti,
-Səbail Rayonu. Əhməd Cavad Ev 32 M1 M2,
-Bakı şəhəri, Əhməd Cavad 32,
-Sumqayıt, 2-ci mkr, Sülh küçəsi,
-Nizami rayonu Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsi 44D,
-Nəsimi rayonu 3018 məhəllə, Hüseynbala Əliyev küç 24a,
-Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, 4C,
-Yasamal rayonu, Şərifzadə 314 B
-Nəsimi rayonu, Hüseynbala Əliyev 156 A,
-Nəsimi rayonu, Asif Məhərrəmov 119A,
-Lənkəran, Həzi Aslanov küçəsi,
-Lənkəran, Nizami küçəsi,
-Gəncə, Atatürk prospekti,
-Quba şəh, Fətəlixan küç. Ev 6A,
-Biləsuvar, Kanon – Aran apteki,
-Ucar rayonu Ucar şəhəri Oğuz küçəsi ev 106.
-Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə.
Bunlar “Kanon” apteklərinin respublika boyunc yerləşdiyi ünvanlardır.
Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC də dolayısı ilə deputata məxsusdur. Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firması da daxildir. “Naturalist” firmasının təsisçisi kağız üzərində Qafarovun qardaşı Cəlaləddin Qafarovdur.
Dərman biznesində böyük paya sahib olan K.Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir və dövlətin bura ayırdığı pulların böyük əksəriyyətinin deputata məxsus “AzəriMed” şirkətinə transfer edildiyi, dərmanların oradan alındığı haqda məlumatlar var. Milli Onkologiya Mərkəzinin “AzəriMed”lə imzaladığı rəsmi müqavilələr də bunu deməyə əsas verir. Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.
Qanun deputatların biznes fəaliyyətini qadağan edir, lakin göründüyü kimi, bunun Kəmaləddin Qafarova aidiyyəti yoxdur. O, qanunverici orqanda əyləşsə də, müxtəlif şəxslər üzərindən biznesini idarə etməyə davam edir və ölkədə dərmanların “əl yandıran” qiymətlərinin əsas səbəbkarıdır. Amma Milli Məclisin kürsüsündən “dərmanlar ucuzdur” çıxışını edəcək qədər də yalan danışır.